SON XƏBƏRLƏR

Zəncan və Təbrizdə təqaüdçülər etiraz aksiyası keçirdilər

2023.12.18, 16:06
Zəncan və Təbrizdə təqaüdçülər etiraz aksiyası keçirdilər

Bu gün günorta saatlarında Şərqi Azərbaycan əyalətinin Rabitə Şirkətinin təqaüdə çıxmış işçiləri etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.

Rabitə Nazirliyinin yerli idarələri qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Etirazçılar "vədləriniz yaxşıdır, ancaq hamısı yalandır", "haqqımızı almayınca susmayacayıq", "süfrələrimiz boşdur" və başqa bu kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, İranda Rabitə Nazirliyi və Təhsil Nazirliyinin işçiləri iki ildir hər həftə ənənəvi etiraz aksiyası keçirirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar