SON XƏBƏRLƏR

İranda məşhur qəzetin baş redaktoruna qarşı cinayət işi açıldı

2023.12.19, 10:23
İranda məşhur qəzetin baş redaktoruna qarşı cinayət işi açıldı

İranın "Şərq" qəzetinin baş redaktoru Mehdi Rəhmaniana qarşı cinayət işi açılıb.

Gunaz.tv

Bu barədə Siyasi və Mətbuat Məhkəmələrinin münsiflər heyəti məlumat yayıb.

Bildirilib ki, baş redaktor "həqiqətə uyğun olmayan məlumatlar yaymaq"da günahlandırılıb.

Qeyd edək ki, Rəhmanian oktyabrın 26-da "Şərq" qəzetində "iffət və hicab" qanun layihəsi və əhalinin hicabın əleyhinə olması ilə bağlı məlumatı yaydıqdan sonra məhkəməyə çağırılmışdı.

Qəzet məcburi hicab qaydalarının tətbiqi ilə bağlı sorğu keçirib və sorğunun nəticələrinə görə, müxtəlif təbəqə və yaş qrupundan olan respodentlərin əksəriyyəti məcburi hicab qaydalarına qarşı olduqlarını bildiriblər.

12300 nəfər arasında keçirilən sorğuda 84.2 faiz hökumətin hicabla bağlı qanun layihəsinin əleyhinə səs veriblər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar