SON XƏBƏRLƏR

İranda təhlükəli nəqliyyat vasitələrinin sayı açıqlandı

2023.12.19, 13:19
İranda təhlükəli nəqliyyat vasitələrinin sayı açıqlandı

İranda istifadə olunan avtomobil və başqa nəqliyyat vasitələrinin 47%-i köhnə və istifadəyə yararsızdır.

Gunaz.tv

Bu barədə İran Yol Polisi məlumat yayıb.

İran Yol Polisinin rəisi Seyid Kamal Hadiyanfər deyib ki, dünyada avtomobillərin yararlılıq müddəti 7 il olduğu halda, İranda heç bir məhdudiyyət yoxdur.

Qeyd edək ki, İranda hər il hava çirkliliyi səbəbindən 27 min nəfər həyatını itirir.

Hava çirkliliyinin əsas amillərindən biri isə ölkədə mövcud olan nəqliyyat vasitələrinin köhnə olmasıdır.

Ölkədəki avtomobillərin 6,5 milyonunun, motosikletlərin isə 90 faizə yaxınının köhnə olması hava çirkliliyinin təhlükəli səviyyəyə çatmasının əsas amilləri sırasındadır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar