SON XƏBƏRLƏR

İran ordusunun 3 əsgəri ölüb

2023.12.20, 11:59
İran ordusunun 3 əsgəri ölüb

Sisyan və Bəluçistan əyalətində keçirilən təlim-məşq əməliyyatı zamanı meydana gələn partlayış nəticəsində İran ordusunun 3 hərbçisi həlak olub.

Gunaz.tv

Bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.

Hadisənin təlim sahəsinin işlək vəziyyətdə olmayan sursatlardan təmizlənməsi zamanı baş verdiyi bildirilib.

Bəlucların “Ənsar ül-Fürqan” silahlı qruplaşması isə bəyanat yayaraq, hadisənin başvermə vəziyyəti ilə bağlı açıqlanan rəsmi məlumatı təkzib edib. 

Qruplaşma hərbçilərin dekabrın 18-də yol qırağında quraşdırılmış mina partlaması nəticəsində öldüyünü bildirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar