SON XƏBƏRLƏR

İran yeni təbliğat kanalı açır

2023.12.20, 15:56
İran yeni təbliğat kanalı açır

İran hökuməti siyasi-ideoloji təbliğatını genişləndirmək üçün yeni televizya kanalı açır.

Gunaz.tv

Bu barədə məlumat yayan "Təsnim" xəbər agentliyi kanalın 24 xarici dildə veriliş yayacağını bildirib.

Bildirilib ki, televizya kanalı İran televizyasının xarici verilişlər bölməsi tərəfindən açılır və yalnız xarici ölkələrdə yayımlanacaq.

Kanalın xarici ölkələrdə İranın siyasi, ictimai, mədəni, tarixi və s. məsələləri barədə yaxşı təsəvvür yaratmaq üçün təsis edildiyi qeyd olunub.

Xatırladaq ki, İranın yeni büdcə ilində dövlət televizyası və ona bağlı xarici redaksiyalara ayrılan vəsaitin külli miqdarda artırılması nəzərdə tutulub.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar