SON XƏBƏRLƏR

Çində baş vermiş zəlzələ nəticəsində min nəfərə yaxın insan yaralanıb

2023.12.21, 10:08
Çində baş vermiş zəlzələ nəticəsində min nəfərə yaxın insan yaralanıb

Çində baş vermiş zəlzələ nəticəsində min nəfərə yaxın insan yaralanıb.

Gunaz.tv

Bu barədə “Xinhua News Agency” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Çinin şimal-qərbindəki Qansu əyalətində xəstəxanalara 784 nəfər yerləşdirilib. Əyalətdəki mövcud tibb müəssisələri ilə yanaşı, 19 müvəqqəti tibb məntəqəsi və bir səyyar xəstəxana yaradılıb.

Qonşu Çinxay əyalətində isə 198 nəfər xəsarət alan şəxsin xəstəxanalara yerləşdirildiyi bildirilib.

Qeyd edək ki, bazar ertəsi Çinin şimal-qərbində baş verən zəlzələdə ölənlərin sayı 135 nəfərə çatıb.

Xatırladaq ki, bazar ertəsi Çinin şimal-qərbindəki Qansu əyalətində Pekin vaxtı ilə gecə yarısı (Bakı vaxtı ilə 20:00) maqnitudası 6,2 olan yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

Zəlzələnin episentri olan Cisişan dairəsinin səlahiyyətliləri 5 minə yaxın bina və tikilinin dağıldığını bildirib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar