SON XƏBƏRLƏR

İranda daha bir jurnalistə həbs cəzası verildi

2023.12.21, 10:41
İranda daha bir jurnalistə həbs cəzası verildi

İran məhkəməsi xanım jurnalist Sara Məsumi barədə 6 ay həbs və 2 il media fəaliyyətinə qadağa cəzası barədə qərar çıxarıb.

Gunaz.tv

Bu barədə onun vəkili Əli Müctəhidzadə məlumat yayıb.

Bildirib ki, Sara Məsumi bir müddət əvvəl məcburi hicab qaydalarını pozduğuna görə öldürülən 16 yaşlı Armita Gəravəndin barəsində məlumat yaydığına görə cəzalandırılıb.

 İran məhkəməsi Sara Məsumini "yalan məlumat yaymaqda" günahlandırıb.

Qeyd edək ki, İranda son bir ildə 100-ə yaxın jurnalist həbs edilib. 

Onlardan bəziləri girov qarşılığında sərbəst buraxılıb, çoxu isə müxtəlif ittihamlara görə həbsxanalara göndərilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar