SON XƏBƏRLƏR

"Cəmiyyətdə sakitliyi kasıb təbəqə yox, boynu yoğunlar pozur"- millət vəkili

2023.12.21, 14:38
"Cəmiyyətdə sakitliyi kasıb təbəqə yox, boynu yoğunlar pozur"- millət vəkili

"Cəmiyyətdə sabitliyi və sakitliyi, yaşaya bilmək üçün bütün varidatını banka qoymuş kasıb təbəqə yox, onların pullarını mənimsəyən boynu yoğunlar pozur".

Gunaz.tv

Bu sözləri İranın İslami Şura Məclisində Təbrizin deputatı Məsud Pezişkian İranda Milli Etimad Partıyasının qəzetinə müsahibəsində deyib.

O, illər öncə yüksək vəzifəlilər tərəfindən  xalqın banklardakı pullarını mənimsənilməsinə və yeyinti rusvayçılığına toxunub: “Xalq öz pulları və haqlarına çatmaq üçün küçələrə çıxıb aksiyalar keçirdilər. 

Təhlükəsizlik orqanları onlara basqı edib, həbsə salıb və deyirdilər ki, siz cəmiyyətdə sabitliyi və sakitliyi pozursuz. Sabitliyi onlar yox, onların pullarını mənimsəyən boynu yoğunlar pozur”.

Pezişkian müsahibəsinin davamında deyib: “Dövlət səviyyəsində yeyintilərin bircə səbəbi var. İnformasiya sistemi, başqa sözlə FATF (Maliyyə Tədbirləri üzrə İşçi Qrup) tətbiq olunmalıdır".

.Millət vəkili həmçinin hakimiyyətin pozuntularla mübarizə iddiasına da fikrini bildirib: “Rəsmilər deyirlər ki, korrupsiya ilə müabrizə edirik. Belə çıxışlar lazım deyil. 

Yetər ki, FATF-ni tətbiq etsinlər. Bu irimiqyasda yeyintilər başqa ölkələrdə olsaydı, indi onların abrını tökmüşdürlər. 

Lakin hətta Məclisdə də bu məsələlər gündəmə gətirilmir”-deyə millət vəkili bildirib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar