SON XƏBƏRLƏR

Bir şəhərdə 2 minə yxın gənc edama məhkum edilib

2023.12.22, 11:00
Bir şəhərdə 2 minə yxın gənc edama məhkum edilib

İranın Loristan əyalətinin Delfan bölgəsində 2 minə yaxın gənc narkotik maddələrin alverinə görə edama məhkum edilib.

Gunaz.tv

Bu barədə Delfanın İran parlamentindəki nümayəndəsi Yəhya İbrahimi açıqlama verib.

O, edama məhkum edilənlərin bir çoxunun ailələri ilə görüşdüyünü və gənclərin edam növbələrini gözlədiklərini bildirib.

"Ailələr edamların sayı barədə dəhşətli faktlar açıqladılar. Çox təəssüf edirəm ki, 44 illik hakimiyyət dövründə bu qədər cinayətlərin baş verməsinə zəmin yaradılıb",- millət vəkili qeyd edib.

İbrahimi edamların qarşısının alınması və başqa cəzalarla əvəzlənməsi üçün Ədliyyə Nazirliyinə məktub yazdığını deyib.

Qeyd edək ki, 2017-ci ildə verilən sonuncu rəsmi statistikaya görə İran həbsxanalarıda 5300 nəfər narkotik maddələrlə bağlı cinayətlərə görə edam cəzalarının icrasını gözləyirdilər.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar