SON XƏBƏRLƏR

Zabux kəndinə növbəti köç karvanı yola düşüb

2023.12.22, 10:28
Zabux kəndinə növbəti köç karvanı yola düşüb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun Zabux kəndinə növbəti köç karvanı yola salınıb.

Gunaz.tv

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 22-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Zabux kəndinə daha 30 ailə - 121 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Zabux kəndində 176 ailənin, yəni 688 nəfərin daimi məskunlaşması təmin edilib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar