SON XƏBƏRLƏR

Milli Məclis Prezident İlham Əliyevi təbrik edib

2023.12.22, 11:25
Milli Məclis Prezident İlham Əliyevi təbrik edib

Milli Məclis Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Gunaz.tv

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova iki gün sonra Prezident İlham Əliyevin doğum günü olduğunu bildirib. 
Spiker deyib ki, Prezident İlham Əliyevin fenomenal liderlik qabiliyyəti sayəsində Azərbaycan dünyanın sayılan, seçilən ölkələr sırasına çıxıb: “Məhz İlham Əliyevin sayəsində Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulub.

Azad edilmiş ərazilərdə miqyası bütün dünyanı heyrətə salan quruculuq işləri görülür. Dünən Xankəndi şəhərində baş tutan tədbirlə Azərbaycan dünyaya Qarabağın əsl sahibinin kim olduğunu göstərdi”.

Sədr təklif edib ki, Milli Məclis adından Prezident İlham Əliyevə təbrik məktubu ünvanlansın.
Təklif alqışlarla qəbul edilib.

Qeyd edək ki, Türkmənistan Respublikasının Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Çin Xalq Respublikasının Sədri Si Cinpin də Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbrik məktubu ünvanlayıblar. 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar