SON XƏBƏRLƏR

Cari ildə İranda edam edilən məhkumların sayı açıqlandı

2023.12.22, 15:43
Cari ildə İranda edam edilən məhkumların sayı açıqlandı

Noyabrın 21-dən dekabrın 21-ə kimi İran həbsxanalarında 97 məhbus edam edilib.

Gunaz.tv

İran İnsan Haqları Təşkilatının son hesabatına görə, edam edilənlərin çoxu narkotik maddələrin alverində günahlandırılan məhkumlardır.

Edam edilənlər arasında Həmədan əyalətinin Məlayir şəhərindən olan Milad Zöhrəvəndin etiraz aksiyalarında iştirak etdiyinə görə cəzalandırıldığı bildirilib.

O, təhlükəsizlik məmurunun öldürülməsində günahlandırılsa da,  özü məhkəmədə bunun saxta ittiham olduğunu bildirmişdi.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının bundan əvvəlki hesabatında ilin ilk 11 ayı ərzində 707 nəfər edam edilib.

Son bir ayda edam edilən 97 məhkumla birlikdə bu il dekabrın 21-ə kimi edam sayı 804 nəfərə çatıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar