SON XƏBƏRLƏR

Güneyli aktivist 14-cü gündür aclıq aksiyası keçirir

2023.12.23, 11:25
Güneyli aktivist 14-cü gündür aclıq aksiyası keçirir

Azərbaycanın mədəni aktivisti Cavad Sudbərin Təbriz şəhəri Təhlükəsizlik İdarəsində keçirdiyi aclıq aksiyasının 14-cü günüdür.

Gunaz.tv

Bu müddətdə onun ailəsinə vəziyyəti barədə məlumat verilməyib, eyni zamanda onun ailəsi ilə əlaqə saxlamağı da yasaq edilib. 

Cənab Sudbər 14 gün öncə ailəsi ilə bir neçə saniyəlik telefon danışığında aclıq aksiyasına başlayacağını bildirib. 

Onun qızı Tarla dekabrın 22-si əlində #Cavad-Sudbər (جواد-سودبر#) haştağını tutaraq, paylaşdığı videoda Azərbaycan xalqından atasının sərbəst buraxılması üçün səsinə səs verməsini  xahiş edib.

Taymaz
 

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar