SON XƏBƏRLƏR

İranın kəşfiyyat gəmisi Husilərin həmlələrinə kömək edir

2023.12.23, 11:53
İranın kəşfiyyat gəmisi Husilərin həmlələrinə kömək edir

"Val Strit Jurnal" məlumatlı qaynaqlara istinadən bildirib ki, İran öz kəşfiyyat gəmisi ilə Husilərin Qırmızı Dənizdə həmlələrinə birbaşa kömək edir.

Gunaz.tv

Qəzet həmçinin bildirib ki, beynəlxalq naviqasiyanın təhlükəyə düşdüyünə görə İsrail və ABŞ-yə beynəlxalq təzyiqlər Husilərə qarşı hərəkətə keçmək üçün artıb.

Qərb və bölgədə təhlükəsizlik rəsmiləri qəzetə bildiriblər ki, İranın kəşfiyyat gəmisi topladığı informasiyaları Yəmənin Husilərinə ötürür. 

Bu silahlı birləşəmə də onlardan Qırmızı Dəniz, Babül-Məndəb boğazından keçən ticarət gəmilərinə PUA və raket həmələləri məqsədi ilə istifadə edir. 

Qəzetin məlumatına istinadən boğazdan ötən gəmilər izlənilməmək üçün radio-aparatlarını söndürürlər. Lakin İranın Qirmizi Dənizdə yerləşən kəşfiyyat gəmisi ticarət gəmilərini vurmaq üçün Husilərə imkan yaradır.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar