SON XƏBƏRLƏR

"Qərbin Ukraynaya dəstəyini dayandırması ehtimalı çox aşağıdır"

2023.12.26, 13:25
"Qərbin Ukraynaya dəstəyini dayandırması ehtimalı çox aşağıdır"

Litva Prezidenti Gitanas Nauseda bildirib ki, Qərbin Ukraynaya dəstəyini dayandırması ehtimalı çox aşağıdır. Lakin o, açıq şəkildə bildirib ki, bu baş verərsə, Rusiyanın Litvaya və NATO-ya qarşı təcavüzü ehtimalı artacaq.

Gunaz.tv

Bu barədə Litva dövlət başçısı TV3-ə müsahibəsində deyib.

Prezident Nauseda deyib ki, vəziyyət Ukraynadakı müharibə ssenarisindən asılı olacaq.

“Əgər Rusiya hər şeyi öz xeyrinə çevirə bilməsə, təbii ki, uzun müddət orada ilişib qalacaq və o, bir neçə cəbhədə mübarizə apara bilməyəcək.

Əgər hər şey fərqli olarsa və Qərb birdən-birə Ukraynadan üz döndərib, ona lazımi yardımı göstərməzsə, o zaman bu baş verə bilər, lakin bu ssenarinin baş vermə ehtimalı azdır”, - Nauseda müsahibəsində bildirib.

“Düşünürəm ki, bu, sadəcə olaraq, heç nədən müzakirəyə başlamaq istəyidir. Rusiyanın davranışının nə vaxt dəyişə biləcəyi və nəzərlərini NATO-ya çevirəcəyi sualına heç kimin cavabı yoxdur”, - Prezident Rusiyadan NATO-ya təhdidlə bağlı sualı şərh edərkən qeyd edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar