SON XƏBƏRLƏR

Yunanıstanda HHQ-yə məxsus təlim təyyarəsi qəzaya uğrayıb

2023.12.27, 15:29
Yunanıstanda HHQ-yə məxsus təlim təyyarəsi qəzaya uğrayıb

Yunanıstan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus T-2 Buckeye təlim təyyarəsi Peloponnesdəki Kalamata hava limanı yaxınlığında qəzaya uğrayıb.

Gunaz.tv

 Hadisə ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına başlanılıb, pilotun taleyi barədə məlumat yoxdur. 

Hadisə şahidlərinin sözlərinə görə, qəzadan əvvəl partlayış səsi eşidilib.

Qəzanın başvermə təfərrüatları hələlik mövcud deyil.

Qeyd edək ki, ABŞ istehsalı ikimühərrikli təlim təyyarəsi olan T-2 Yunanıstan Hərbi Hava Qüvvələri üçün ilk növbədə gənc pilotların təliminin yekun mərhələsində istifadə edilən yeganə reaktiv təlim təyyarəsidir.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar