SON XƏBƏRLƏR

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edib

2023.12.30, 12:34
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edib

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət edib.

Gunaz.tv

Parlamentin bu gün keçirilən iclasının gündəliyinə “Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında” məsələ daxil edilib.

Müraciətdə deyilir:

“Azərbaycan xalqı dünyanın böyük millətləri ilə bir sırada dayanır. Bugünkü müstəqil Azərbaycan dövləti xalqımızın ən böyük tarixi nailiyyətlərindən biridir.

Odur ki, Asiyada, Avropada, Amerikada və digər yerlərdə məskən salmış vətəndaşlarımız yurdlarında baş. verənləri diqqətlə izləyir və fəxr edirlər.

Qəhrəman silahlı qüvvələrimizin bu ilin sentyabr ayında antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində suverenliyinin bərpa edilməsi hər bir azərbaycanlını sevindirir.

Azərbaycan respublikasının hüdudlarından kənarda yaşayan soydaşlarımıza qayğı göstərilməsi dövlət siyasətimizin əsas istiqamətlərdən birini təşkil edir.

Azərbaycanın bütün potensialının ortaya çıxararaq dünyaya tanıdılması istiqamətində görüləsi işlərimiz çoxdur.

Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkəyə inteqrasiya etməklə yanaşı, bir-birinə dəstək olmaqdır. Əziz azərbaycanlılar, Sizi birliyə çağırırıq”.

Müraciət səsverməyə çıxarılaraq qəbul edilib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar