SON XƏBƏRLƏR

Buşehrdə onlarla sosial media kanalı bağlandı

2023.12.30, 15:15
Buşehrdə onlarla sosial media kanalı bağlandı

İranın Buşehr əyalətində 27 sosial media kanalı bağlanıb və səhifə adminlərinə xəbərdarlıq edilib.

Gunaz.tv

Bu barədə əyalətin polis rəisi Heydər Susəni açıqlama verib.

Onun sözlərinə görə, kanalların bağlanması gözəllik salonlarının reklamını paylaşdıqlarına görə baş verib.

Susəni bunun əxlaq və ictimai qaydalara zidd olduğunu deyib, bu qəbildən olan məsələlərə güzəşt olunmayacağı barədə xəbərdarlıq edib.

Yerli sosial media istifadəçiləri kanallara qoyulan qadağa və məhdudiyyətlərin çox sayda insanın iş fəaliyyətinə mənfi təsir göstərdiyini yazırlar.

Qeyd edək ki, iyun ayında İranın rəhbəri Əli Xaməneyi sosial media istifadəçilərinə və fəallarına qarşı ölçü götürülməsini tələb etdikdən sonra təzyiqlər daha da artırılıb.

Xaməneyi, sosial media istifadəçilərini və sosial medianı zərərli fəaliyyətdə ittiham edib və bunun qarşısını almağa çağırıb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar