SON XƏBƏRLƏR

Məşhəddə 4 xanım bəhai azadlıqdan məhrum edildi

2024.01.01, 11:49
Məşhəddə 4 xanım bəhai azadlıqdan məhrum edildi

İranın Xorasan Rəzəvi əyalətinin Apellyasiya Məhkəməsinin 35-ci bölməsi dörd bəhai qadın barədə həbs qərarını təsdiq edib.

Gunaz.tv

Qərara əsasən Nəsm Sabiti, Azita Fruqi, Röya Qane İzabadi və Süheyla Əhmədi hər biri 3 il 8 ay azadlıqdan məhrum edilib.

Onlar "Ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə təşkilata üzv olmaq” və "hökumətə qarşı təbliğat"da günahlandırılıblar.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox islamin bəhai təriqətinə mənsub vətəndaş yaşasa da, İran konstitusiyası bəhai dinini rəsmən tanımır. İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, islamın bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar