SON XƏBƏRLƏR

Təbrizli reper qeyri-müəyyən vəziyyətdə saxlanılır

2024.01.02, 12:09
Təbrizli reper qeyri-müəyyən vəziyyətdə saxlanılır

Təbrizi reper Milaf Cəlilinin (Elşən) həbsinin üstündən 34 gün keşməsnə baxmayaraq, o Təbriz həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Gunaz.tv

Son həftələr onun ailəsi ilə görüşü və telefon danışğına qadağa qoyulması yaxınlarının nigətanlığına səbəb olub.

Bildirilir ki, Təbrizin İnqilab Prokurorluğunun 7-ci bölməsində reperin işi araşdırılır.

İnsan haqları fəalları müstəntiqlərin Milad Cəlilidən saxta etiraflar almaq üçün ona təzyiq göstərdiklərini bildiriblər.

Qeyd edək ki, təhlükəsizlik məmurları təbrizli sənətçini noyabrın 28-də həbs ediblər.

Onun həbsinin güneyli milli-mədəni məhbuslarla bağlı oxuduğu və sosial mediada geniş yayılan "Biz susduqca..." adlı mahnısı ilə bağlı olduğu deyilir.

Reper, mahnısında Güney Azərbaycanın müxtəlif bölgələrindən olan milli məhbusların adlarını sadalayır, hakimiyyətlə yanaşı milli-mədəni fəalların həbsinə biganə qalan azərbaycanlıları da qınayır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar