SON XƏBƏRLƏR

Güney Azərbaycanda Rabitə Nazirliyinin işçiləri etiraz aksiyaları keçiriblər

2024.01.02, 13:45
Güney Azərbaycanda Rabitə Nazirliyinin işçiləri etiraz aksiyaları keçiriblər

Yanvarın 1-i günorta saatlarında Təbriz, Zəncan, Urmu, Həmədan və Ərdəbil şəhərlərinin Rabitə Şirkətinin təqaüdə çıxmış işçiləri etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə Azad İşçilər Birliyi məlumat yayıb.

Rabitə Nazirliyinin yerli idarələri qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.

Etirazçılar "vədləriniz yaxşıdır, ancaq hamısı yalandır", "haqqımızı almayınca susmayacayıq", "süfrələrimiz boşdur" və başqa bu kimi şüarlar səsləndiriblər.

Azərbaycan şəhərləri ilə yanaşı İranın 20 şəhərində də Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri oxşar aksiyalar keçiriblər.

Qeyd edək ki, İranda Rabitə Nazirliyi və Təhsil Nazirliyinin işçiləri iki ildir hər həftə ənənəvi etiraz aksiyası keçirirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar