SON XƏBƏRLƏR

Yəmən Husilərinin sözçüsü Tehrana səfər edib

2024.01.02, 13:38
Yəmən Husilərinin sözçüsü Tehrana səfər edib

Yəmən Husilərinin sözçüsü Məhəmməd Əbdülsalam yanvarın 1-də  İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Tehranda görüşüb.

Gunaz.tv

Nazir danışıqlar zamanı deyib: “ Yəmənin Ənsarulla Hərəkatının fələstin xalqını güclü müdafiə etdiyinə görə təşəkkürümüzü bildiririk. İran Yəmən xalqının istəyini və məqsədlərini həmişə müdafiə edəcək.”.

Məhəmməd Əbdülsalam görüşdə Fələstin Müqavimət Cəbhəsi barədə İranın davamlı  himayələrinə görə Abullahiana təşəkkür edib. 

Görüşlə eyni gündə İran Ordusunun Əlbürz Döyüş Gəmisi Babül-Məndəb boğazından keçərək Qırımızı Dənizə daxil olub. 

ABŞ, Husilər tərəfindən ticarət gəmilərinə həmələrdə Tehranın rolu olduğunu deyir. Lakin İran bu ittihamla razılaşmayaraq Husilərin müstəqil hərəkət etdiklərini bildirir.

Məlumata əsasən İran Qırmızı Dənizdə olan hərbi gəmiləri vasitəsi ilə ticarət gəmilərinin koordinatlarını Husilərə ötürür.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar