SON XƏBƏRLƏR

Vaşinqton və Doha hərbi baza barədə razılığa gəliblər

2024.01.03, 11:40
Vaşinqton və Doha hərbi baza barədə razılığa gəliblər

ABŞ və Qətər Əl-Üdeyd Bazasında Amerikanın Hava Qüvvələrinin qalma müddətinin 10 il də uzadılması barədə razılaşıblar. 

Gunaz.tv

CNN və Royterz xəbər agentlikləri 4 rəsminin bildirmələrinə istinadən bu barədə xəbər yayıblar. Pentaqon hələ xəbərin doğru olub olmadığna mövqe bildirməyib. 

Lakin Amerikanın müdafiə naziri Lloyd Asustin ötən ay Qətərə səfərində bu ölkənin tərəfindən bazanın büdcəsinin artırılmasına görə təşəkkürünü bildirib. 

Məlumata əsasən Dohanın cənub-qərbində yerləşən və Əbu-Nəxlə adı ilə də tanınan bazada 10 min hərbçi yerləşə bilər.
undefined 
Baza ABŞ-ın Orta Şərqdə ən böyük hərbi təsisatı, Qətər isə Amerikanın NATO-dan kənar  baş müttəfiqi hesab olunur.

Körfəz ölkələri İranın bölgədə törətdiyi təhlükələri və sabitliyi pozma hərəkətlərinə qarşı hərbi potensiallarını gücləndirməyi düşünürlər.  

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar