SON XƏBƏRLƏR

Makıda onlar nəfər saxta içkidən zəhərləndi-Ölənlər var

2024.01.03, 13:03
Makıda onlar nəfər saxta içkidən zəhərləndi-Ölənlər var

Qərbi Azərbaycan əyalətinin Makı şəhərində saxta spirtli içkidən istifadə edən 3 nəfər ölub, 20 nəfər zəhərləndiyi üçün xəstəxanaya yerləşdirilib.

Gunaz.tv

Bu barədə Makı prokuroru Sabir Cəfəri məlumat verib.

O, saxta spirtli içkilər hazırlayan 4 nəfərin həbs edildiyini və barələrində cinayət işinin açıldığını bildirib.

Qeyd edək ki, İranda spirtli içki istehsalı qadağan olduğuna görə, gizli və standartlara uyğun olmayan şəkildə hazırlanan spirtli içkilər hər il minlərlə insanın zəhərlənməsinə və ölümünə səbəb olur.

Bir müddət əvvəl İran Tibbi Ekspertiza Mərkəzinin başçısı Abbas Məcidi bildirib ki, son bir ildə 644 nəfər qeyri-standart spirtli içki qəbul etdiyi üçün həyatını itirib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar