SON XƏBƏRLƏR

Türkiyədə sinaqoq və kilsələrə hücuma hazırlaşan 25 nəfər həbs olunub

2024.01.03, 13:13
Türkiyədə sinaqoq və kilsələrə hücuma hazırlaşan 25 nəfər həbs olunub

Türkiyənin İstanbul şəhərində kilsə və sinaqoqlara hücuma hazırlaşmaqda təqsirləndirilən 25 nəfər həbs olunub.

Gunaz.tv

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Ötən il dekabrın 29-da Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polis İdarəsi Kəşfiyyat Şöbə Müdirliyinin həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılan 32 şübhəlidən 25-i həbs edilib.

Onlardan 5-i barəsində məhkəmə nəzarəti hökmü tətbiq edilib, 2 nəfəri ölkədən deportasiya olunub, 25 nəfəri isə məhkəmənin hökmü ilə həbs edilib.

Qeyd olunub ki, İŞİD üzvləri olan bu şəxslər ölkə ərazisində sinaqoq və kilsələrə hücuma hazırlaşmaqda şübhəli biliniblər.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar