SON XƏBƏRLƏR

Kirmanda baş verən partlayış qurbanlarının sayı artdı

2024.01.04, 10:50
Kirmanda baş verən partlayış qurbanlarının sayı artdı

Yanvarın 3-də Qasım Süleymaninin ölümünün dördüncü ildönümü ilə bağlı keçirilən mərasimdə baş verən partlayış nəticəsində həyatını itirənlərin son sayı açıqlanıb.

Gunaz.tv

İran mediası hadisə qurbanları ilə bağlı fərqli rəqəmlər yayıblar. Məlumatlarda ölü sayının 103, 95 və 84 olduğu və 284 nəfərin yaralandığı qeyd edilib.

Səhiyyə Nazirliyinin rəsmiləri bəzi şəxslərin adının səhvən iki dəfə yazıldığını bildirib.

Qeyd edək ki, yanvarın 3-də SEPAH-ın Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı Kirmanda keçirilən mərasimdə ard-arda iki partlayış baş verib.

Nəticədə, son məlumata görə, 103 nəfər ölüb, 284 nəfər yaralanıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar