SON XƏBƏRLƏR

Ərdoğan və Rəisi arasında telefon danışığı olub 

2024.01.04, 11:43
Ərdoğan və Rəisi arasında telefon danışığı olub 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Rəisi türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğanla telefon danışığında Kirmanda baş verən partlayışları terror aktı adlandırıb.

Türkiyə prezidenti iranlı həmkarına, Rəisi hökumətinə və İran xalqına başsağlığı məktubu göndərdiyini qeyd edib.

“Bu partlayışda həyatını itirənlərə görə şəxsən özüm sizə başsağlığı verməyi zəruri hesab etdim”,- Ərdoğan bildirib.

Qeyd edək ki, yanvarın 3-də SEPAH-ın Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı Kirmanda keçirilən mərasimdə ard-arda iki partlayış baş verib.

Nəticədə, son məlumata görə, 103 nəfər ölüb, 284 nəfər yaralanıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar