SON XƏBƏRLƏR

Rusiya ordusunda xidmət edən əcnəbilərə vətəndaşlıq verəcək

2024.01.04, 14:45
Rusiya ordusunda xidmət edən əcnəbilərə vətəndaşlıq verəcək

Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrdə xidmət etmək üçün müqavilə bağlayan əcnəbilərə Rusiya vətəndaşlığının verilməsi haqqında fərman imzalayıb.

Gunaz.tv

Sənəd hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

"Xüsusi hərbi əməliyyat zamanı Rusiya Federasiyasının Silahlı Qüvvələrində və ya hərbi birləşmələrində hərbi xidmət keçmək üçün müqavilə bağlamış xarici vətəndaşlar Rusiya Federasiyasının vətəndaşlığına qəbul üçün müraciət etmək hüququna malikdirlər", - deyə sənəddə bildirilir. 

Həmçinin, xüsusi əməliyyat zamanı Silahlı Qüvvələrdə və ya hərbi birləşmələrdə hərbi xidmət keçən əcnəbilər, eyni zamanda ordudan təqaüdə çıxmış döyüşçülər də Rusiya pasportu ala biləcəklər.

Sənəddə xarici vətəndaşlığı olan hərbi qulluqçuların həyat yoldaşları və uşaqlarının da eyni hüquqa malik olduqları qeyd olunub.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar