SON XƏBƏRLƏR

Əli Xameneinin ofisinin müşaviri edam edilib

2024.01.08, 15:19
Əli Xameneinin ofisinin müşaviri edam edilib

İranın dini rəhbəri Əli Xameneinin ofisinin müşavirlərindən olan Möhsün Səravani edam edilib.

Gunaz.tv

Onun İsrail xüsusi xidmət təşkilatı "Mossad"a casusluqda günahlandırıldığı bildirilib.

Qeyd edilib ki, noyabrın 16-da edam edilən gənc müşavirin edamı haqda məlumat yanvarın 8-də sızdırılıb.

Qeyd edək ki, Möhsün Səravani 2017-ci ildə Sistan və Bəlucistan əyalətinin valisinin müşaviri kimi rəsmi fəaliyyətə başlayıb.

Qısa müddət sonra Əli Xameneinin xüsusi işlər üzrə müavini Vəhid Həqqanianla yaxın əlaqə quran Səravani rəhbərlik ofisində işə düzəlib.

2022-ci ilin aprel ayında həbs edilən Möhsün Səravani barəsində “MOSSAD-a casusluq və İranın nüvə alimlərinə terror planlaşdırmaq” ittihamları irəli sürülmüşdü.

Timur
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar