SON XƏBƏRLƏR

İranda silahlı qarşıdurma- Ölənlər var

2024.01.08, 16:00
İranda silahlı qarşıdurma- Ölənlər var

İranın Sistan və Bəlucistan əyalətində hökumət məmurları ilə naməlum silahlı şəxs arasında atışma olub.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün günorta saatlarında əyalətin Bəmpur şəhərində baş verib.

Hökumət məmurlarının silahlı şəxsi həbs etmək üçün əməliyyat keçirdikləri vaxt onun müqavimət göstərdiyi və atəş açdığı bildirilib.

Bəluc fəallarının yaydığı məlumatda isə hökumət məmurlarının Əkrəm Naruyi adlı etnik bəlucun evinə hücum etdiklərini yazıblar.

Onların verdiyi məlumata görə, qarşıdurma zamanı Əkrəm Naruyi və onun evində olan başqa 3 nəfər öldürülüb, iki qadın isə yaralanıb.

Bununla yanaşı 1 hökumət məmurunun öldürüldüyü, ikisinin yaralandığı qeyd edilib. 

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar