SON XƏBƏRLƏR

İranın quru naviqasiyası da köhnəlib

2024.01.09, 11:07
İranın quru naviqasiyası da köhnəlib

“Ölkənin quru naviqasiyasında fəaliyyət göstərən nəqliyyat vasitələrinin istehlak müddəti 30 ili ötüb”.

Gunaz.tv

Nəqliyyat və Daşıma Komissiyasının sədri Rza Rüstəmi İranın Ticarət Palatasının yanvarın yeddinci iclasında ölkənin quru naviqasiyasının problemləri barədə danışarkən belə deyib. 

“Quru naviqasiyasında fəaliyyət göstərən nəqliyyat vasitələrinin istehlakından 30 il ötdüyünə görə yollarda onların təhlükəsizliyi çox azalıb. Quru naviqasiya sektoru yenilənərsə, yanacaq sərfiyyatı da azalar”-deyə, Rüstəmi qeyd edib.

O, həmçinin sektorun sürücülərinin problemlərinə də toxunub. 

“Bu sektorda fəaliyyət göstərən sürücülər yükdaşımda özləri qərar verdikləri səbəbindən onların peşələri ağır peşələr kateqorisyasında yerləşdirilmir.

Ona görə də təqaüdləri, maaşları da minimum həddədir və peşəyə maraq azalır. Bu amilə görə qarşıdakı illərdə ağır nəqliyyat vasitələri üzrə sürücü çatışmazlığına tuş gələcəyik. 

Daşıma sektoru isə ölkənin iqtisadi inkişafında böyük rola malikdir. Lakin bu sektora hazırkı və keçmiş iqtidarlar da diqqət ayırmayıb”.

Xatırladaq ki, quru naviqasiya sektorunda fəaliyyət göstərən nəqliyyatların istehlak müddəti standart olaraq dünya üzrə 5, İranda isə 10 il nəzərdə tutulur. 

Taymaz
.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar