SON XƏBƏRLƏR

İranda çörək satışına məhdudiyyət qoyuldu

2024.01.09, 14:29
İranda çörək satışına məhdudiyyət qoyuldu

İranda çörək qıtlığının yaşanması və qiymətinin artması ilə eyni vaxtda çörəyin satışının məhdud sayda olmasına qərar verilib.

Gunaz.tv

Bu barədə İran Çörəkçilər Birliyi məlumat yayıb.

Bildirilib ki, yeni qərara əsasən, vətəndaşlara bank kartı vasitəsilə yalnız dörd ədəd çörək satılacaq.

Qeyd edək ki, son bir neçə ay ərzində İranın 14 əyalətində çörəyin qiyməti 40% bahalaşıb.

Bundan sonra baş verən etirazlara cavab olaraq İbrahim Rəisi bunun bir daha baş verməyəcəyi barədə söz verib, ancaq onun bu vədi özünü doğrultmayıb.

İranın iqtisadiyyat naziri Ehsan Xanduzxi qiymət artımının əyalət məsullarının təklifi və Daxili İşlər Nazirliyinin təsdiqi ilə həyata keçirildiyini deyib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar