SON XƏBƏRLƏR

Salmasda etirazçılara hücum edilib

2024.01.09, 16:16
Salmasda etirazçılara hücum edilib

Qərbi Azərbaycan əyalətinin Salmas mahalının Qaraqışlaq kəndində etiraz aksiyası keçirən əhaliyə hücum edilib.

Gunaz.tv

Hökumət məmurları etiraz aksiyasını dağıtmaq üçün atəş açıblar, bir neçə nəfəri yaralayıb və bir neçə etirazçını isə həbs ediblər.

Sosial media fəallarının Qaraqışlaqdan yaydıqları videolarda bölgəyə motosikletli xüsusi təyinatlı qüvvələrin cəlb olunduğu görünür.

Qeyd edək ki, qaraqışlaqlılar üçüncü gündürki etiraz aksiyası keçirirlər.

Kəndlilər Urmu gölünün qurumuş yatağından yığılan duzların kənd ərazisində emal olunması üçün zavodun tikintisinə narazılıqlarını bildirirlər.

Onlar bölgədə duz fırtınaları ilə yanaşı duz zavodunun inşasının əkin sahələrinin məhv olmasına səbəb olacağından qorxur, zavodun inşası üçün onların əkin sahələrinin əllərindən alındığını bildirirlər.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar