SON XƏBƏRLƏR

Kərəcdə 11 məhkum edam edildi

2024.01.15, 10:36
Kərəcdə 11 məhkum edam edildi

İranın Kərəc şəhərinin Qızılhisar həbsxanasında bir gündə 12 məhbus edam edilib.

Gunaz.tv

Bu barədə mərkəzi ofisi Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Edam edilənlərin narkotik maddələrin alverində və adam öldürməkdə günahlandırıldıqları bildirilib.

Bununla yanaşı, Xurrəmabad şəhərinin həbsxanasında narkotik maddələrin alverində ittiham olunan daha bir məhkumun edam cəzası həyata keçirilib.

Qeyd edək ki, 2023-cü ildə İran həbsxanalarında 25-i qadın və 2-si yetkinlik yaşına çatmamış şəxs olmaqla, 870 nəfər edam edilib, onlardan 791 nəfərinin kimliyini dəqiqləşdirmək mümkün olub.

Bu, 2022-ci illə müqayisədə 33% çoxdur.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar