SON XƏBƏRLƏR

İranda blogerlər həbs edildi

2024.01.15, 12:29
İranda blogerlər həbs edildi

İranın Kirman əyalətinin Zərənd şəhərində 5 bloger və sosial media fəalı həbs edilib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Zərəndin İnqilab Prokurorluğunun prokuroru Rza Yəqubi onların kiber məkanda uyğunsuz video və fotolar yaydıqlarına görə saxlanıldıqlarını deyib.

Həbs edilən blogerlərin kimliyi və barələrində irəli sürülən ittihamlar barədə açıqlama verilməyib.

Qeyd edək ki, iyun ayında İranın rəhbəri Əli Xaməneyi sosial media istifadəçilərinə və fəallarına qarşı ölçü götürülməsini tələb etdikdən sonra təzyiqlər daha da artırılıb.

Xaməneyi  sosial media istifadəçilərini və sosial medianı zərərli fəaliyyətdə ittiham edib və bunun qarşısını almağa çağırıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar