SON XƏBƏRLƏR

Zənganda dərman qıtlığı yaranıb

2024.01.15, 14:36
Zənganda dərman qıtlığı yaranıb

Zəngan Əyaləti Tibb Elmləri Universitetinin müvafiq departamenti əyalətdə qan laxtalanmasına qarşı Varfarin dərmanın çatışmadığını deyib.

Gunaz.tv

SEPAH-a bağlı Fars XA-nin məlumatına istinadən Universitetin Qida və Dərman Departamentinin başçısı Məhəmməd Cavad Miandari həmin dərman qıtlığının “qarşıdakı bir-iki gündə” qaldırılacağını bildirib.

“Dərmanın çatışmadığı həll olunandan sonra xəstələrə 1 ay qəbul həcmində Varfarin veriləcək”-deyə Miandari iddia edib.

Varfarin və yaxud Komadin  damarda laxtalanma ehtimalı yüksək olan açıq ürək cərrahiyyəsi, beyin infaktı və bu kimi xəstəliklər üçün istifadə olunur. 

İranın Səhiyyə Nazirliyinə bağlı Ölkə üzrə Qida və Dərman Təşkilatı iddia edib ki, respublikanın bəzi əyalətlərində bu həyati dərmanın qıtlığı cari ilin mart ayınadək tamamilə qaldırılacaq. 

Xatırladaq ki, İranın Dərman və Nəzarətli Maddələr İdarəsinin baş direktoru Məhəmməd Peykanpur yanvarın 12-də verdiyi məlumata əsasən, ötən dekabr ayı üzrə İranda 99 növ dərman, o cümlədənVarfarin çatışmayıb.

 Səbəb kimi onların idxalına İranın Mərkəzi Bankı tərəfindən yetərincə büdcə ayrılamdığını deyib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar