SON XƏBƏRLƏR

Zəbt olunmuş gəmidə İranın istehsalı olan raketlərin hissələri aşkarlanıb

2024.01.16, 12:29
Zəbt olunmuş gəmidə İranın istehsalı olan raketlərin hissələri aşkarlanıb

İran tərəfindən silahların husilərə göndərilməsinin qarşısını almaq əməliyyatı zamanı zəbt olunmuş gəmidə İranın istehsalı olan raketlərin başlıqları aşkarlanıb. 

Gunaz.tv

Bu barədə Vaşinqton Poçt qəzeti yanvarın 15-i xəbər yayıb. Qəzet bir ABŞ rəsmisinin sözlərinə istinadən Somaliyə yaxın sularda silah daşıyan gəminin zəbt olunduğu barədə daha çox məlumat verib. 

Adı açıqlanmayan bir rəsmi şəxs qəzetə bildirib ki, həmin gəmi raket başqlıqları və müvafiq hissələrindən ibarət sursatı İrandan yükləyib. 

Yük Somalinin sahillərində başqa bir gəmiyə boşaldılmaqla, nəhayət husilərə çatıdırılmalı olub. Pentaqon hələ bu xəbər barədə mövqe bildirməyib. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar