SON XƏBƏRLƏR

70 gündür saxlanılan güneyli aktivistin durumu barədə məlumat verilmir

2024.01.16, 13:23
70 gündür saxlanılan güneyli aktivistin durumu barədə məlumat verilmir

Noyabrın 7-dən saxlanılan Azərbaycanın Milli Hərəkatının tanınmış aktivisti mühəndis Yürüş Mehrəlibəylinin həbsdə durumu barədə nigarablıq artır.

Gunaz.tv

Yürüş bəy 70 gündür ki, Təbriz şəhəri Təhlükəsizlik İdarəsinin fərdi kamerasında həbsdədir.

Məllumat əsasən müstəntiq Seyidəli Musəvi Əqdəm aktivistin ailəsinə Yürüşün ilkin tədqiqat bitirilib iş tamlaşmayanadək hələ həbsdə saxlanılacağını bildirib. 

Qeyd edək ki, güneyli aktivist heç bir aqressiv hərəkət etmədən və fəaliyyətinin ancaq mədəni-siyasi yönümdə olduğuna baxmayaraq saxlanılıb.

Beynəlxalq hüquq normalarına əsasən, hər bir insan öz siyasi düşüncəsini ifadə və təbliğ edə bilər.
 
Yürüş həbsə alınmasından 2 gün öncə paylaşdığı videoda siyasi düşüncəsini ifadə edərək “Azərbaycanın Milli Hərəkatının Azərbaycana qarşı müstəmləkəçilik və hakim despotizmə qarşı mübarizə apardığını ” demişdir.

Lakin insan haqları ilə uzlaşan bu siyasi düşüncə İranın şovinist hakimiyyətini təmsil edən Təbriz şəhərinin Təhlükəsizlik İdarəsinə xoş gəlməyərək onu saxlayıblar. 

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar