SON XƏBƏRLƏR

Sistan və Bəlucistanda SEPAH komandirlərinə sui-qəsdə cəhd edilib

2024.01.16, 16:06
Sistan və Bəlucistanda SEPAH komandirlərinə sui-qəsdə cəhd edilib

Bu gün yerli vaxtla səhər saat 08:10-da Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərinin Şərdraz bölgəsində səs bombası partladılıb.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Hərbi bazanın qarşısında partladılan bomba bölgəyə səfər edən yüksək rütbəli SEPAH komandirlərinin olduği hərbi avtomobilin keçdiyi yolda quraşdırılıb.

Partlayış səsi nəticəsində yaxınlıqdakı mənzillərin şüşələrinin qırıldığı və vətəndaşların təşvişinə səbəb olduğu bildirilib.

İranşəhr fərmandarlığının yaydığı məlumatda partlayış nəticəsində insan tələfatının olmadığı qeyd edilib.

Partlayışın məsuliyyətini bəlucların silahlı təşkilatı "Ceyş əl-Ədl" öz üzərinə götürüb.

Qeyd edək ki, bu gün İranın daxili işlər naziri Əhməd Vəhidi Sistan və Bəlucistan əyalətinə səfər edib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar