SON XƏBƏRLƏR

İran həbsxanalarında 8 məhkum edam edilib

2024.01.19, 13:46
İran həbsxanalarında 8 məhkum edam edilib

Son 24 saat ərzində İranın bir neçə şəhərində 9 məhkum edam edilib.

Gunaz.tv

Bu barədə mərkəzi qərargahı Norveçdə yerləşən İran İnsan haqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, Kərəc, İlam, Şiraz və Həmədan şəhərlərində edam edilənlər narkotik maddələrin alveri və qətldə günahlandırılıblar.

Qeyd edək ki, 2023-cü ildə İran həbsxanalarında 25-i qadın və 2-si yetkinlik yaşına çatmamış şəxs olmaqla, 870 nəfər edam edilib, onlardan 791 nəfərinin kimliyini dəqiqləşdirmək mümkün olub.

Bu, 2022-ci illə müqayisədə 33% çoxdur.

Məhkumlardan 7-i şəhərlərdə ictimaiyyətin gözü qarşısında dar ağacından asılıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar