SON XƏBƏRLƏR

İran səfiri Hollandiya XİN-ə çağırıldı

2024.01.20, 13:13
İran səfiri Hollandiya XİN-ə çağırıldı

İranın Hollandiyadakı səfiri Hadi Fərəcvənd Xarici İşlər Nazirliyinə çağırılıb.

Gunaz.tv

Bu barədə Hollandiyanın xarici İşlər naziri Hanke Bruins Slot özünün "X" hesabında yazıb.

O, bunun SEPAH-ın İraqın şimalındakı Ərbil şəhərinə raket hücumu nəticəsində 1 yaşına çatmamış hollandiyalı körpənin həyatını itirməsi ilə bağlı olduğunu bildirib.

Hollandiyalı nazir SEPAH-ın hücumunu pisləyib və ölkəsinin vətəndaşının öldürülməsinə görə səfirə etiraz edib və izahat istəyib.

Qeyd edək ki, SEPAH İraqın şimalında yerləşən Ərbil şəhərinə raket zərbələri nəticəsində azı 4 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar