SON XƏBƏRLƏR

Şərqi Azərbaycan valisi Abdin Xurrəm ölüb

2024.01.20, 13:51
Şərqi Azərbaycan valisi Abdin Xurrəm ölüb

Şərqi Azərbaycan əyalətinin valisi Zeynəlabdin Rəzəvi Xurrəm (Abdin Xurrəm) bu gün ölüb.

Gunaz.tv

Yerli medianın verdiyi məlumata görə, o, bu gün səhər saatlarında müalicə olunduğu "İmam Rza" xəstəxanasında bir neçə həftəlik xəstəlikdən sonra həyatını itirib.

SEPAH-ın yüksək rütbəli komandirlərindən olan, Şərqi Azərbaycan əyalətinin “Aşura” korpusunun komandiri, briqada generalı, 58 yaşlı Abdin Xurrəm 2021-ci il oktyabrın 17-də vali vəzifəsinə təyin edilmişdi.

Onun bu vəzifəyə təyin edilməsi Şərqi Azərbaycan əyalətinin, xüsusən Təbriz şəhərinin İran parlamentindəki millət vəkillərinin narazılığı lə qarşılaşmışdı.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar