SON XƏBƏRLƏR

İraqda İranın hücumlarına qarşı aksiyalar keçirilib

2024.01.22, 13:46
İraqda İranın hücumlarına qarşı aksiyalar keçirilib

İraqın şimalınmda yerləşən Dehuk şəhərinin minlərlə əhalisi İrana qarşı geniş etiraz aksiyası keçirilib.

Gunaz.tv

Bu barədə İraq mediası məlumat yayıb.

Etirazçılar SEPAH-ın Ərbil şəhərinə raket və PUA hücumlarını pisləyib, bunu İraqın süverənliyinə qəsd adlandırıblar.

Bundan bir gün əvvəl isə iraqlılar sosial mmedia kanallarında İran mallarını almamağa çağıran kampaniya başladıblar.

Onlar İran məhsullarını boykot etmək və onları İraq milli məhsulu və ya ərəb məhsulu ilə əvəz etməyə çağırırlar. 

İraqlılar sosial şəbəkələrdə şəkillər dərc edərək həmvətənlərini İran məhsullarını almamağa təşviq edirlər.

Qeyd edək ki, yanvarın 16-da İranın Ərbil şəhərinə raket hücumu nəticəsində 5 mülki şəxs ölüb, 6 nəfər isə yaralanıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar