SON XƏBƏRLƏR

ABŞ SEPAH-a görə İraq aviaşirkətinə sanksiya tətbiq etdi

2024.01.23, 13:30
ABŞ SEPAH-a görə İraq aviaşirkətinə sanksiya tətbiq etdi

ABŞ İraqın "Fly Bağdad" aviaşirkətinə qarşı sanksiya tətbiq edib.

Gunaz.tv

Bu barədə ərəb dilli media məlumat yayıb.

Bildirilib ki, sanksiya səbəbindən aviaşirkətin bütün uçuşla dayandırılıb.

ABŞ Maliyyə Nazirliyi İraqın aviaşirkətini SEPAH üzvlərini və SEPAH-a məxsus hərbi texnikanı Suriyaya daşıdığına görə cəzalandırılıb.

Bununla yanaşı Vaşinqtonun İraqda fəaliyyət göstərən İrana bağlı "Kətaibi Hizbullah" silahlı qruplaşmasının bir neçə rəhbərində də sanksiya tətbiq edib.

ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə köməkçisi Brian Nelson məsələ ilə bağlı açıqlama verib.

"İran və ona bağlı qruplar öz hücumlarını maliyyələşdirmək və həyata keçirmək üçün ticarətdən örtük kimi istifadə edirlər",- 0, vurğulayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar