SON XƏBƏRLƏR

İranda xanım jurnalist həbs edildi

2024.01.23, 15:22
İranda xanım jurnalist həbs edildi

İranın Loristan əyalətindən olan tanınmış jurnalist və yazıçı Qəzalə Zare 3 il azadlıqdan məhrum edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, xabım jurnalist "ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə hökumət əleyhinə təbliğat aparmaq və qrup yaratmaq"da günahlandırılıb.

Qeyd edək ki, o, bundan əvvəl kitabların oxunması və müzakirəsi üçün bir neçə nəfərlik mədəni cəmiyyət qurduğuna görə cəzalandırılır.

Xatırladaq ki, Beynəlxalq Jurnalistlər Federasiyasının verdiyi məlumata görə, son bir ildə İranda 100-ə yaxın jurnalist həbs edilib. 

Onlardan bəziləri girov qarşılığında sərbəst buraxılıb, çoxu isə müxtəlif ittihamlara görə həbsxanalara göndərilib.

GünazTV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar