SON XƏBƏRLƏR

Bu il Cəbrayıl şəhərinə köç olacaq

2024.01.25, 10:16
Bu il Cəbrayıl şəhərinə köç olacaq

Bu il Cəbrayıl şəhərinə köç olacaq.

Gunaz.tv

Hazırda şəhər mərkəzində 33 yaşayış binası inşa olunur.

Bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib.

Məlumata görə, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi inşa olunur. Kompleksdə 33 yaşayış binası tikilir.

4-5 mərtəbədən ibarət bu binalarda 712 mənzil olacaq. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2 158 keçmiş məcburi köçkün məskunlaşacaq.

Qeyd edək ki, tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra olunur.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar