SON XƏBƏRLƏR

Belqorodda vurulan İl-76 təyyarəsinin hər iki qara qutusu aşkarlanıb

2024.01.25, 12:06
Belqorodda vurulan İl-76 təyyarəsinin hər iki qara qutusu aşkarlanıb

Rusiyanın Belqorod vilayətində vurulan İl-76 hərbi-nəqliyyat təyyarəsinin hər iki qara qutusu aşkar edilib.

Gunaz.tv

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hər iki qara qutunun texniki vəziyyəti yaxşıdır.

"Hər iki qara qutu şkar edilib. Tapılan qara qutular müstəntiqlərə təhvil verilib", - deyə FHN-dən bildirilib.

Qeyd edək ki, dünən Belqorod vilayətinin Koraçansk rayonunda Rusiya Silahlı Qüvvələrinə məxsus İl-76 hərbi nəqliyyat təyyarəsi Ukraynanın Xarkov vilayətindən atılan raketlə vurulub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, vurulan hərbi təyyarədə dəyişdirilmək üçün Belqoroda aparılan 65 ukraynalı əsir və daha 9 nəfə olub. Onların hamısının həlak olduğu bildirilib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar