SON XƏBƏRLƏR

TTY maşınları qarlı havalarda xidmət göstərə bilmirlər

2024.01.25, 15:12
TTY maşınları qarlı havalarda xidmət göstərə bilmirlər

Təbrizin TTY Mərkəzi qış təchizatına malik olmadığına görə şəhərdə adi bir qar yağıması ilə iflic vəziyyətə düşüb.

Gunaz.tv

Mədəni sahə üzrə aktivist və Mərkəzin müalicə heyətindən olan Həbib Hüseynquluzadə qar şəraitində şəhərdə müalicə xidməti vəziyyətinə toxunub. 

O, təcili tibbi yardım maşınlarının qış təchizatına malik olmadığı barədə kinayə olaraq öz İnstaqram səhifəsində hekayə paylaşıb: 

“Əziz millət, ambulanslarımız qar şəraitinə məxsus təkərlə təchiz olunmayıblar. Təcili xəstəniz varsa, özünün bizə çatdırın. Bizim hətta qış paltarımız, əlcək və bu kimi şaxtaya qarşı geyimlərimiz də yoxdur”. 

Həmçinin IRNA XA-nin Şərqi Azərbaycan Filialı şəhərdə qarın yağması ilə şəhərin  nəqliyyat hərəkətində problemlərin yarandığını bildirib. 

“Qış təchizatının çatışmadığına görə hal-hazırda Təbrizin küçələrinə dona qarşı məhlul səpmə mümkün olmayıb, ona görə də avtomobillər tıxanıb qalıb”, - agentlik bildirib.

Qeyd edək ki, İran hakimiyyətinin müstəmləkəçilik və hakim xalqın rifahının maksimum təmin olunması siyasəti olaraq Güney Azərbaycan və sair qeyri-fars əyalətlərinin müalicə və sosial rifah təmini minimum həddə olur. 

Ötən çağlarda İran coğrafiyasının ən böyük və abad şəhəri olmuş Təbriz hakimiyyətin antitürk siyasətləri nəticəsində bütün sahələr üzrə ayrı-seçkiliyə məruz qalaraq gündən-günə geriləyir.

Taymaz
 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar