SON XƏBƏRLƏR

Azərbaycan əyalətlərində qar və çovğun gözlənilir

2024.01.26, 15:50
Azərbaycan əyalətlərində qar və çovğun gözlənilir

Yanvarın 26 və 27-də Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil əyalətlərində güclü qar yağacaq, çovğun olacaq.

Gunaz.tv

Bu barədə İran Meteorologiya Təşkilatı məlumat yayıb.

Hazırda adıçəkilən əyalətlərin əksər bölgələrində nəqliyyatın hərəkəti çətinləşib, məktəblər tətilə buraxılıb.

Bununla yanaşı, İranın başqa 7 əyalətində də havanın kəskin dəyişəcəyi proqnozlaşdırılıb.

Qeyd edək ki, son iki gün ərzində yağan güclü qar nəticəsində adı çəkilən Azərbaycan əyalətlərində problemlər yaşanıb.

Yollarda nəqliyyatın hərəkəti çətinləşib, bir sıra yollar bağlanıb və yüzlərlə kənd ətraf aləmdən təcrid vəziyyətinə düşüb.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar