SON XƏBƏRLƏR

Türkmən fəal Tahir Sarlı aclıq aksiyası keçirir

2024.01.27, 14:00
Türkmən fəal Tahir Sarlı aclıq aksiyası keçirir

Gülüstan əyalətinin (Türkmənsəhra) Günbəd Kavus şəhərinin həbsxanasında saxlanılan türkmən fəal Tahir Sarlı aclıq aksiyası keçirir.

Gunaz.tv

Bildirilib ki, bir həftə əvvəl həbs edilən Sarlı, bu vasitə ilə həbsinin qanunsuz olduğuna, qeyri müəyyən vəziyyətdə saxlanıldığına etiraz edir.

Qeyd edək ki, türkmın fəal bir həftə əvvəl Günbəd Kavus şəhərinn Ümumi və İnqilab Prokurorluğuna çağırıldıqdan sonra saxlanılaraq həbsxanaya aparılıb.

O, bundan əvvəl "ictimai rəyi çaşdırmaq" və "ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət" ittihamlarına görə prokurorluğa çağırılmışdı.

Şahrud Azad Universitetinin tarix üzrə bakalavrı olan 48 yaşlı Tahir Sarlı , Əbhər Azad Universitetində tarix üzrə magistr dərəcəsi alıb.

O, İranda yaşayan türkmənlərin dili, ədəbiyyatı və mədəniyyəti ilə bağlı dinc fəaliyyətlərinə və yazıları ilə tanınır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar